30 İyun 2019 22:40
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın qaçqınların işləri üzrə naziri Saleh əl-Qaribin avtomobil korteji naməlum silahlılar tərəfindən atəşə tutulub.

Bu haqda nazirin özü NNA agentliyinə bildirib.

Hadisə Dağlıq Livan bölgəsində Kabr-Şamun kəndinin yaxınlığında baş verib. Atəş nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti kritikdir.

Nazir qeyd edib ki, kortej Kabr-Şamun kəndinə hərəkət edirdi.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər