ABŞ-ın Texas ştatında baş verən təyyarə qəzası nəticəsində 10 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Federal Hava İdarəsi məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, qəza Addison bölgəsində səhər saatlarında baş verib.
Havaya qalxma əsnasında idarəçiliyi itirən təyyarə anqara çırpılıb. Bu zaman təyyarə alovlanıb və içində olan 10 sərnişin həyatını itirib.