Vətəndaşlarımızın dərhal azadlığa buraxılmasa, bu addımı atanlar hədəfə qoyulacaq və bunun nəticələri ağır olacaq. Türkiyə bütün strukturları ilə dünyanın harasında olmasından asılı olmayaraq vətəndaşlarının təhlükəsizliyi və haqlarını qorumaqda qərarlıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin birinci müşaviri Fuad Oqtay Liviyada general Haftar tərəfindən saxlanılan 6 türk vətəndaşı haqqında danışarkən deyib.
Fuad Oqtay əlavə edib ki, 6 türk vətəndaşı Liviyada milis tərəfindən saxlanıldıqdan sonra Prezident Ərdoğanın göstərişi əsasında Xarici İşlər Nazirliyi və Liviyada səfirlik ciddi fəaliyyət göstərir.
Qeyd edək ki, Liviyada general Haftara komandanlıq etdiyi ordunun sözçüsü bir türk təyyarəsini vurduqlarını açıqlayıb. Əlavə edib ki, Türkiyəyə aid hava və dəniz nəqliyyatının hədəfə gətirilib. Bundan sonra isə Türkiyəyə aid bir dronun vurulduğu iddia edilib.
Bu açıqlamadan sonra Prezident Ərdoğan “Belə bir təlimat varsa, lazım olanını edərik. Onsuz da bu mövzu ilə əlaqəli tədbirlərimiz alınıb” ifadələrini işlədib.