Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Tiflis və Moskva arasındakı gərginliyə görə Rusiyadakı səhnə fəaliyyətini dayandıran gürcü müğənni Nino Katamadzeyə cavab verib.
Teleqraf.com xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“O (Katamadze) çox istedadlıdır, amma siyasətdən başı çıxmır. Sualları varsa, cavablandırmağa hazırıq”, deyə Kremlin mətbuat katibi qeyd edib.