İraq Türkiyəyə qarşı ticarət sanksiyası tətbiq edib.
Teleqraf.com xəbər verir ki, Türkiyədən İraqa yumurta idxalına tətbiq edilən qadağadan sonra Bağdad daha bir addım atıb.
Bu dəfə Bağdad hökuməti Türkiyədən idxal olunan makaron və vermişel çeşidlərinə embarqo tətbiq edib. Həmçinin dondurma və qablaşdırılmış su məhsulları da sanksiya dairəsinə düşüb.
Hazırda Ankara-Bağdad arasında ticarət əngəllərinin aradan qaldırılması üçün danışıqlar aparılır.