“Türkiyə ABŞ-dan “F-35” döyüş təyyarələri ala bilməsə, rus qırıcıları alacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, Türkiyə “F-35” proqramından xaric olunacağı halda, Rusiyadan döyüş təyyarələrinin alınması da daxil olmaqla, alnernativləri nəzərdən keçirəcək:
“Habelə, özünün döyüş qırıcılarını və ballistik raketlərini istehsal etməklə, bu sahəni genişləndirəcək.
Türkiyəyə görə, Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemləri ABŞ-ın “Patriot” raketlərindən daha güclüdür və Ankara İstanbulu bu sistemlərlə qorumağı planlaşdırır”.