2 İyul 2019 15:20
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsini planlaşdırırdıq, lakin Tiflisdəki son olaylardan sonra bu qərardan imtina etdik”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin köməkçisi Qriqori Karasin deyib.

“Həqiqətən viza rejiminin ləğv olunması müzakirə olunurdu və prinsipcə bu addımı atmağa hazır idik. Amma olmadı, daha əlverişli vaxtı gözləyəcəyik”, -deyə rusiyalı diplomat qeyd edib.

Qeyd edək ki, ötən həftədən Gürcüstanın paytaxtı Tiflisdə Rusiya əleyhinə başlayan etiraz aksiyaları davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər