ABŞ və Rusiya arasında gərginlik yeni mərhələyə qədəm qoyub.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidentinin müşaviri Mike Pencein Nyu Hampşire əyalətinə səfərinin son anda ləğv edilməsi və təcili Ağ evə çağırılması, eyni zamanda Rusiya prezidenti Putinin bütün görüşləri təxirə salaraq müdafiə naziri Sergey Şoyqu ilə görüşməsi günün əsas mövzusu olub.
Amerika mətbuatında dərc edilən "Pence təcili görüş üçün Ağ evə çağırıldı" başlıqlı xəbərlərdən sonra müşavirin sözçüsü Alyssa Farah Twitterdə açıqlama yayıb.
"Prezident müşavirinin Vaşinqtonda qalmasını vacib edən bir durum ortaya çıxdı. Təcili bir durum yoxudur. Mike Pencein qısa zamanda Nyu Hampşireyə səfərini həyata keçirəcək", deyə Alyssa Farah bildirib.
Amerika mətbuatının yazdığına görə, müşavirin Ağ evə çağırılması prezident və köməkçisinin səhhətilə bağlı deyil, söhbət milli təhlükəsizlikdən gedir.
Kremlin sözçüsü Dmitriy Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putin 14 rus dənizçisinin öldüyü yanğınla bağlı səfərini ləğv edib və qısa zaman ərzində müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.