10 Sentyabr 2014 11:36
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Panama kanalının tikintisinə bu ilin sonunda başlayacaq.

Teleqraf.com-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq mülki müdafiə təşkilatının baş katibinin Vladimir Kuvşinov məlumat verib.

O bildirib ki, okeanlararası kanalın tikintisi üçün lazım olan texnoloji avadanlıqlar Rusiyadan Nikaraquaya pulsuz çatdırılacaq.

Kuvşinov kanalın tikintisinə böyük önəm verdiklərini deyib: “Kanalın tikintisi iqtisadi məsələdir. Bu qədər ciddi və böyük layihənin həyata keçirilməsi üçün müasir üsulların tətbiqi tələb olunur və Rusiya bu layihənin təhlükəsizliyinə tam zəmanət verir".

O, Nikaraquada dəyəri təxminən 40 milyard dollar təşkil edəcək kanalın tikintisinə 2014-ci ilin dekabrında başlanacağını qeyd edib.

Samir


Müəllif: