Tunisin paytaxtında terrorçu özünü partladıb.
Teleqraf.com xəbər verir ki, terrorçunun özünü partladması nəticəsində özündən başqa kimsə xəsarət almayıb.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, Tunisin paytaxtında iyunun 27-si iki partlayış baş verib. Partlayışlar nəticəsində bir polis əməkdaşı həlak olub, 9 nəfər xəsarət alıb.