30 Aprel 2014 13:49
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya prezidenti Qauk, Ərdoğana cavab verdi: “Mən bunların heç birini uydurmadım , hətta az dedim”.

Almaniya prezidenti Yoahim Qauk, Ərdoğana cavab verməyə tələsdi. "Hər zaman etdiklərimdə haqlı olduğumu gördüm. Bir cəmiyyətdə müzakirə edilən tənqidi mövzuları qabartmağı özümə borc bilmişəm. Bu da dostlar arasında normaldır", - deyə, Qauk bildirib.

Ərdoğanın çıxışından Berlinin olduqca narahat olduğunu yazan “Die Welt” qəzeti, Xarici İşlər naziri Maykl Rotun "Ərdoğanın romantik şərhlərinin nə məzmunu, nə də tonu qəbuledilməzdir. Yalnız çaşqınlıq və üzüntü hissi keçiririk", dediyini dərc edib.

Almaniya Federal Parlamenti sədrinin müavini Klaudiya Rot da yaranmış vəziyyətlə bağlı çıxış edib. "Prezidentimizlə qürur duydum. Tam bir demokrat və insan hüquqları müdafiəçisi kimi davrandı.

Ərdoğan isə təhqiramiz bir rəftarla Almaniya prezidentini danlayır. Bu da Ərdoğanın açıq şəkildə öz siyasi tərzindəki tərbiyə və demokratik mədəniyyət çatışmazlığının göstəricisidir",deyə, bəyan edib.

Ülviyyə


Müəllif: