Türkiyə polisi qanunusz orqan ticarəti ilə bağlı əməliyyat həyata keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı suriyalı qaçqının böyrəyinin qanunsuz olaraq israilli bir şəxsə köçürülməsinin qarşısı alınıb.
Böyrək əməliyyatı İstanbulun Esenyurd bölgəsindəki özəl klinikalardan birində baş tutub.
Məlumata görə, polis öncədən qanunsuz orqan köçürülməsinə dair informasiya əldə edib. Suriyalı qaçqın 10 min dollar qarşılığında böyrəyini israilliyə satmağa razılıq verib. Polis klinikada böyrək əməliyyatına başlanıldığı an basqın edib. Böyrəyini satan, böyrəyi köçürməli olan həkim, tərcüməçi və İsrail vətəndaşı saxlanılıb. Hətta bəlli olub ki, qanunsuz böyrək satan və alan şəxslər şübhəli görünməmək üçün saxta pasport əldə ediblər və bu sənədlərlə guya qohum olduqları görüntüsü yaratmağa çalışıblar.