Təhlükəsizlik qüvvələrinin əməliyyatı və beynəlxalq koalisiyanın hava hücumları zamanı İraqın qərbində ən azı səkkiz silahlılar zərərsizləşdirilib.
Teleqraf.com-un məlumatına görə, Əl-Cəzirə əməliyyatlar qərargahı komandanlığının tərkibində olan "Həşd Hədis" briqadasının qüvvələri dörd terrorçunu zərərsizləşdirib və onların nəqliyyat vasitəsini məhv edib.
Həmçinin bildirilir ki, dörd terrorçu aviyasiyanın hava zərbəsi nəticəsində zərərsizləşdirilib.