Yeddi ABŞ vətəndaşını daşıyan helikopter Baham adasından havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib
Teleqraf.com xəbər verir ki, yerli sakinlər helikopterin adanın 3 kilometrliyində yerə düşdüyünü təsbit edib.
Polis bildirib ki, qəza zamanı helikopterdə 4 qadın, 3 kişi olub. Onların hamısı qəzada həyatını itirib.
Virciniya ştatının yerli mediası isə qəza zamanı ölənlərdən birinin mədən sektorunda “kömür kralı” kimi tanınan milyarder Kris Klayn olduğunu açıqlayıb.