Ukraynanın Çerniqovşin rayonunda elektrik xəttinə toxunan “Bekas X-32” adlı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, təyyarə Renki qəsəbəsi yaxınlığında düşüb. Hadisə nəticəsində təyyarənin 50 yaşlı pilotu həlak olub.
Təyyarənin qarğıdalı sahəsini sulayan zaman elektrik xəttinə dəydiyi, daha sonra isə idarəetməni itirdiyi bildirilir.
Samir