Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildən sonra siyasətdən gedib-getməyəcəyi haqda suala cavab verməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, prezident indi görə biləcəyi işlərinin olduğunu bildirib.
Putin bu haqda danışmağın hələ tez olduğunu da diqqətə çatdırıb:
“Bunun haqda danışmaq üçün çox tezdir, qarşımızdakı beş illik dönəmdə gərgin işlər bizi gözləyir. İndi dünyada gördüyümüz sürətli dinamika ilə ehtimallar irəli sürmək çox çətindir. İnanın mənə, indi görə biləcəyim işlər var”.