10 Sentyabr 2014 13:00
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın silah istehsalçısı SIG Souer şirkətinin 2005-ci ildə İraqa qeyri-qanuni yolla 5 min tapança satdığı iddia olunub.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, SIG Souer silah satışını lazımi icazələri almadan həyata keçirib.

Bu silahlardan bir qisminin PKK-nın əlinə keçdiyi bildirilir.

Yayılan xəbərlərə görə 9 millimetrlik tapançaların daşınması şirkətin ABŞ-dakı filialı Sigarms vasitəsilə aparılıb.

Xatırladaq ki, 2004-cü ilin dekabr ayında Amerika İraq ordusu üçün Sigarms şirkətinə 5 min tapança sifariş edib. Sigarms bu sifarişi Alman SIG Souer şirkətinə çatdırıb. SIG Souer silahların gedəcəyi ünvanı bilməklə yanaşı ixrac məsələsində Almaniya hökumətindən rəsmi icazə tələb etməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər