Gürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya başlayıb.
Teleqraf.com xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya sayca 16-cıdır.
Təşkilatçılar iyunun 20 və 21-də Tbilisidə etiraz aksiyalarında iştirak edən bəzi şəxslərin saxlanılmasına etirazlarını bildiriblər.
Onların sözlərinə görə, aksiyanın zor gücünə dağıdılmasından sonra hökumətin digərlərinin məsuliyyəti barədə danışmasına mənəvi haqqı yoxdur.