Mərakeş Hərbi Dəniz Qüvvələrinin Sahil Mühafizəsi dəstələri sutka ərzində təxminən 330 qeyri-leqal miqrantı xilas edib.
Teleqraf.com xəbər verir ki, miqrantlar gecə qayıqlarda Cəbəllütariq boğazını keçməyə cəhd göstəriblər.
Onların əksəriyyəti Cənubi Saxara ölkələrindən olan mühacirlərdir.
Miqrantlar Mərakeşin Nador və Ksar Əs-Səğir limanlarına aparılıb və onlara müvafiq yardımlar edilib.