6 İyul 2019 14:35
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti və AKP sədri Rəcəb Təyyub Ərdoğan bu gün İstanbulda partiyasının millət vəkilləri ilə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, AKP-nin Beyoğlundakı qərargahında baş tutan görüşə çoxlu sayda deputat qatılıb.

Görüşdə prezident Ərdoğanla yanaşı AKP sədrinin müavini Numan Qurtulmuş, AKP sözçüsü Ömər Çelik, Bayram Çenocak və digər şəxslər də iştirak edir.

Mətbuata qapalı keçirilən görüşün axşam saatlarında başa çatacağı, daha sonra prezidentin İstanbulda AKP üzvü olan bələdiyyə sədrləri ilə görüşəcəyi gözlənilir.

Müşahidəçilər isə bu addımların İstanbul məğlubiyyətindən sonra partiya daxilində yaranan durumu nəzarətə almaq və xalqla daha yaxınlaşmaq üçün hazırlanacaq yeni siyasi kursun öyrənilməsi kimi təqdim edirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər