Suriyada son 4 gündür Türkiyənin dəstəklədiyi müxalifətin mövqeləri bombardman edilir.
Teleqraf.com xəbər verir ki, İdlibdə Rusiya və Bəşər Əsəd rejimi hava əməliyyatlarını davam etdirir.
Rusiya qırıcıları “Əl-Qaidə”yə yaxın hesab olunun HTŞ qüvvələrini, habelə Türkiyənin dəstəklədiyi Milli Qurtuluş Cəbhəsinin qərargahlarını hədəfə alıb.
Əvvəlcə Milli Qurtuluş Cəbhəsinin Madaya yaşayış məskənindəki bazaları vurulub. 3-4 iyulda isə İdlibdə yerləşən mərkəzi qərargah bombardman edilib.
Qeyd edək ki, İtaliya səfəri zamanı Rusiya lideri Vladimir Putin bəyan etmişdi ki, İdlibdə olan terrorçuların Liviyaya keçdiyi müşahidə olunur. V. Putin əlavə etmişdi ki, bu terrorçular sabah dünyanın istənilən bölgəsində ortaya çıxa bilərlər.