Türkiyənin qırıcı təyyarələri Şimali İraqın Zap bölgəsini bombardman edib.
Teleqraf.com xəbər verir ki, bombardman zamanı 2 PKK terrorçusu öldürülüb.
Türkiyə Müdafiə Nazirliyi açıqlamasında bəyan edib ki, Pence əməliyyatı ilə koordinasiyalı şəkildə Şimali İraqın Zap bölgəsində hava əməliyyatı keçirilib. Əməliyyat zamanı PKK terrorçularına aid silah və ərzaq anbarları, habelə sığınacaq kimi istifadə ediləm obyektlər vurulub.