7 İyul 2019 00:29
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millətçilərinin lideri olan Alparslan Türkeşin adının Bursa küçələrindən birinə verilməsi təklifini AKP üzvləri rədd edib.

Teleqraf.com xəbər verir ki, Bursanın İnegöl qəsəbə bələdiyyə məclisinin MHP qrupu Alparslan Türkeşin adının bir küçə və ya məhəlləyə verilməsini təklif etsə də, bələdiyyə məclisində səs çoxluğuna sahib olan AKP qrupu bununla razılaşmayıb.

AKP üzvlərinin bu qərarına İyi Partiyanın üzvləri də qarşı çıxıblar.

MHP-li sabiq bələdiyyə səddri ismayıl Karaman bildirib ki, Türkeşin adının daha bir küçəyə verilməsini istəyirlər. Ancaq AKP üzvləri bunun ünvan qarmaqarışıqlığı yaradacağını əsas gətirərək qəbul etməyiblər.


Müəllif: Cavad