7 İyul 2019 09:51
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda taxıl qıtlığının yarana və nəticədə çörəyin qiyməti bahalaşa bilər.

Bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan ölkədə tələb olunan taxılın 90 faizini Rusiyadan idxal edir. “Son hadisələr bir daha göstərdi ki, biz taxıl idxalını şaxələndirməliyik, bizim müxtəlif taxıl tədarükçülərimiz olmalıdır. Gürcüstan iqtisadiyyatının bütün sahələrinin Rusiya ilə sıx əlaqələri var. Bu da yüksək risklər yaradır. Turist embarqosu artıq tətbiq olunub. Növbəti qadağa şərab məhsullarınadır. Ola bilər ki, bir gün bu qadağa taxılın idxalına da qoyulsun”, - deyə L.Silaqava qeyd edib.

Assosiasiya rəhbəri bildirib ki, Rusiyadan taxıl idxalına hələ rəsmən məhdudiyyətlər qoyulmayıb. Lakin buna baxmayaraq, idxalçılar artıq bəzi problemlərlə üzləşirlər. Bu da öz növbəsində, çörəyin qiymətinə təsir edə bilər.

Onun sözlərinə görə, Gürcüstanda taxıl ehtiyatı olduğundan çörəyin qiymətinin yaxın gələcəkdə sabit qalacağı gözlənilir.

Son günlər Gürcüstanda bəzi çötəkbişirmə müəssisələrində çörəyin qiyməti 10 tetri bahalaşıb. Son aylar qiyməti 90 tetri olan təndir çörəyi hazırda 1 lariyə təklif olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər