7 İyul 2019 23:06
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hüquq-mühafizə orqanları Hatay vilayətində baş vermiş partlayışa görə 16 nəfəri saxlayıb.

Teleqraf.com-un məlumatına görə, onlar Reyhanlı və İskənderun rayonunda keçirilmiş xüsusi əməliyyat nəticəsində ələ keçib.

Saxlanılanlar təhlükəsizlik idarəsinə aparılıb.

Qeyd edək ki, partlayış iyulun 5-i Türkiyənin Hatay vilayətin Reyhanlı rayonunda qeydə alınıb.

Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.

Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər