8 İyul 2019 15:41
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin ABŞ-dakı səfiri Kim Darrokun elektron poçtundan mətbuata sızan məktubları dünyada ciddi marağa səbəb olub. Səfir məktubunda Donald Tramp hökumətini bacarıqsız və özünə inamsız administrasiya kimi təqdim edir.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, səfirin İngiltərə Xarici İşlər Nazirliyinə göndərdiyi məktubu ələ keçirən “Mail on Sunday” qəzeti yazışmalarda Ağ Evin bölünmüş strukturuna diqqət çəkir.

Səfir Darrokın İngiltərə XİN-ə göndərdiyi məktubda ABŞ Prezidenti Donald Trampa diqqət edilməsi xəbərdarlığını edib.

Hazırda İngiltərə hüquq-mühafizə orqanları səfirin mətbuata sızan məktublarına dair araşdırmalara başlayıb.

İngiltərə xarici işlər naziri Ceremi Hunt mətbuata sızan məktublardakı ifadələrin səfir Darrokinin şəxsi düşüncələrini ifadə etdiyini, İngiltərə hökumətinin mövqeyi olmadığını bildirib.

Mətbuata danışan ABŞ Prezidenti Donald Tramp isə deyib ki, onlar da səfir Darrokinə heyran deyillər: “Onsuz da İngiltərəyə yaxşı xidmət etmədi. Onunla bağlı bəzi fikirlər deyə bilərəm, amma buna ehtiyac yoxdur”.

Qeyd edək ki, səfirin Vaşinqtondan Londona göndərdiyi məktublarda bir sıra maraqlı məqamlar yer alır.

Səfir məktubunda “Bu hökumətin ciddi şəkildə normallaşacağına inanmırıq. Diplomatik baxımdan daha qeyri-müəyyən , bacarıqsız və sakit olmayacağını gözləmirik” ifadələrini yazıb.

Səfir Ağ Evdə “qarşıdurma və xaosun” baş verdiyinə dair yazıların çoxunun həqiqəti əks etdirdiyini qeyd edir. Eyni zamanda İrana qarşı planlaşdırılan əməliyyatı 10 dəqiqə qalmış dayandıran Prezident Tramp haqqında “heç bir zaman belə qərarlı olmayıb” ifadəsini işlədib.

İngiltərə XİN yazışmaları təkzib etməyib.

XİN sözçüsü bildirib ki, nazirlik diplomatlardan səmimi qiymətləndirmələrini gözləməkdə davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər