8 İyul 2019 17:29
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putini görüşə dəvət edib.

Publika.az xəbər verir ki, prezident Belarusun paytaxtı Minskdə görüşüb iki ölkə arasındakı əhəmiyyətli problemləri müzakirə etməyi təklif edib.

Zelenskinin nəzərdə tutduğu əhəmiyyətli problemlər Krım və Donbas məsələləridir. O, sosial mediadan verdiyi açıqlamada bildirib ki, Ukrayna dipolomatik yolları rədd etmir: “Rusiya prezidenti Vladimir Putinə səslənmək istəyirəm. Danışmağımız lazımdırmı? Lazımdır. Krımın kimin olduğunu və Donbasda kimin qaldığını danışaq. Danışıq üçün bu adları təklif edirəm: Siz (Putin), ABŞ prezidenti Donald Tramp, İngiltərənin baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron. Belarus prezidenti Aleksandr Lukaşenkonun bizi məmnuniyyətlə qəbul edəcəyini düşünürəm”.

Kremlin mətbuat katibi Dmitri Peskov Zelenskinin təklfinin nəzərə alınacağını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər