8 İyul 2019 17:55
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni siyasi partiya qurmağa hazırlaşan sabiq prezident Abdullah Gül və sabiq iqtisadiyyat naziri Əli Babacan sabiq baş nazir Əhməd Davudoğlunu partiya quruculuğu işindən kənarda saxlamaq haqda qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Birgün” qəzetinin siyasi analitiki Hüseyn Şimşək məlumat verib.

Analitik bu barədə AKP-dan olan keçmiş millət vəkili ilə danışdığını iddia edib:

“Sabiq millət vəkili dedi ki, Gül və Babacan yox, onların komandasındakı bir qrup Davudoğlu ilə işləmək istəmədiyini bildirib. Davudoğlunun Ərdoğan tərəfindən təlimatlandırılması kimi bir iddia müzakirə ola bilməz. Ərdoğan Davudoğlunu o qədər də sevmir”.

Hüseyn Şimşək isə iddia edir ki, Əhməd Davudoğlu öz istəyi ilə partiya quruculuğu prosesindən uzaqlaşıb:

“Babacanın komandası Davudoğluna yeni qurulacaq partiyadan başqan müavini postu təklif etdi. Davudoğlu ilk anda bu təklifi qəbul etdi və Gülün də başqan köməkçisi olmasını istədi. Lakin Gülün partiyaya kənardan dəstək verəcəyini bildikdən sonra o da prosesə kənardan dəstək verməyə başladı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər