8 İyul 2019 20:27
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya mətbuatı 73 yaşlı Cənubi Koreya vətəndaşı Çoi İn Qukun Şimali Koreyaya qaçdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, indiyədək analoji hadisə əksinə olduğundan Cənubi Koreya vətəndaşının Şimali Koreyaya qaçması nadir hadisə kimi qiymətləndirilir. Pxenyanda rəsmilər tərəfindən gül-çiçəklə qarşılanan Çoiyə iki ölkənin yenidən birləşməsi istiqamətində vəzifə veriləcəyi bildirilir.

Çoi İn Qukun 1960-cı illərdə Cənubi Koreyanın xarici işlər naziri olmuş atasının da həyat yoldaşı ilə birlikdə Şimali Koreyaya qaçdığı üzə çıxıb.

Çoi İn Quk açıqlamasında ailəsinin vəsiyyətinə uyğun olaraq Şimali Koreyaya gəldiyini deyib: “Gec də olsa, uzun müddət Şimali Koreyada yaşamaqla bağlı qərara gəlmişəm”.

Onun son bir neçə ildə tez-tez Şimali Koreyaya getdiyi, hətta 2016-cı ildə anasının bu ölkədəki dəfn mərasiminə qatıldığı deyilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər