9 İyul 2019 00:59
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflis yaxınlığında yüzdən çox insan “Rustavi 2” telekanalının yerləşdiyi binanın qarşısında aparıcı Georgi Qabuniyanın Rusiya Prezidenti Vladimir Putin haqqında qeyri-etik sözlərindən dolayı aksiya keçirib.

Axar.az xəbər verir ki, bu barədə İMEDİ TV məlumat yayıb.

Aksiyaçıların başlıca tələbi telekanal direktoru Niki Qvaramiyanın istefası olub.

Əraziyə cəlb edilən polis dəstələri etirazçıların binaya yaxınlaşmasına icazə verməyib.

Mitinqdə hər hansı insident qeydə alınmadan bitib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər