9 İyul 2019 15:05
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyadan “S-500” hava hücumundan müdafiə sistemlərinin alınması gündəmdədir. Bununla belə, ABŞ-dan “Patriot” raketlərini də almağa hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin müşaviri Gülnur Aybet deyib.

Dövlət rəsmisi Rusiyadan “S-400” sistemlərinin alınması səbəbinə də aydınlıq gətirib:

“Rusiyadan “S-400” alırıq, çünki bizə indiyədək təklif olunan ən ideal variant budur.

Lakin bizim hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacımız bununla bitmir. Çünki biz öz raket və hava hücumundan müdafiə sistemimizi qurmaq istəyirik. Buna görə də, hədəf təkcə “S-400”lərlə məhdudlaşmır, Rusiyadan “S-500” sistemləri almaq haqda düşünürük. Habelə ABŞ-dan “Patriot” raketləri də almağa hazırıq”.

Qeyd edək ki, ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması səbəbindən Türkiyəni sanksiyalarla təhdid edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər