Gənc rejissor Ceyms Vanın partlayış yaradan qorxu filmi “Mişar” yenidən çəkilir.
Teleqraf.com xəbər verir ki, Hollivudun ən məşhur komediya aktyorlarından biri olan Kris Rokun ssenari müəllifi olduğu layihədə həm də rol aldığı açıqlanıb.
Roku “Marvel” seriyasından olan filmlərdə Nik Fari obrazını canlandıran aktyor Samuel Ceksonun müşayiət edəcəyi bildirilir. İkilinin filmdə hansı obrazda çıxış edəcəyi bəlli olmasa da, bu, layihə ilə bağlı gözləntiləri yüksəldib.
Keçmişdəki xətalarına görə insanları fərqli işgəncələrə məruz qoyaraq cəzalandıran bir insanın həyatından bəhs edən filmin çəkilişlərinə bu həftə start veriləcək.
Filmin rejissor kürsüsünə bu dəfə “Mişar 2”, “Mişar 3” və “Mişar 4” filmlərinə imza atan rejissor Darren Linn Busman oturacaq. Orijinal seriyaların ssenaristləri Pete Qoldfinger və Joş Stolberq də, yenidən layihədə yer alacaq.
Hələlik yeni adı açıqlanmayan filmin 2020-ci ildə oktyabrın 23-də ekranlara çıxacağı gözlənilir.