İsrailin baş naziri Benyamin Netanyahu İranı təhdid edib.
Teleqraf.com xəbər verir ki, F-35 qırıcılarına baxış keçirən baş nazir İrana mesaj göndərməyi unutmayıb.
“İran bu yaxınlarda İsraili məhv etməklə hədələyirdi. Amma onlar unutmasınlar ki, bu qırıcılar İran və Suriya da daxil olmaqla Yaxın Şərqdə istənilən yerə uça bilər”, - deyə, Netanyahu bildirib.
Qeyd edək ki, İsrail Yaxın Şərqdə 5-ci nəsil F-35 qırıcı təyyarələrin yeganə sahibidir.