9 İyul 2019 21:43
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü aparıcı Georgi Qabuniyanın “Rustavi 2” telekanalında açıq formada Rusiya Prezidenti Vladimir Putini təhqir etməsi, əvvəldən hazırlanmış təxribat idi”.

Teleqraf.com xəbər verir ki, bunu Tiflisdəki Henrix Böll Fondunun rəhbəri Ştepan Mayster deyib.

Fond rəhbəri bu təxribatın arxasında hansı qüvvənin durduğunun məlum olmadığını bildirib:

“Əlbəttə, bu bir təxribatdır. Əsas sual budur ki, bunun arxasında kim dayanıb? Qənaətimə görə, burada əsas hədəf Rusiya və Putin deyildi. Hər şeydən əvvəl daxili siyasətdə bir-biri ilə savaşan iki partiyadan söhbət gedir; müxalifətdə olan Vahid Milli Hərəkat və hakim Gürcü Arzusu partiyalarından... Buna görə də, Gürcüstanda bir təxribat həyata keçirmək istədilər, bunun Rusiya ilə əlaqəsi yoxdur”.

Ştefan Maysterə görə, Gürcüstanda anti-Rusiya etirazlarını qorxunc formada qızışdırmağa cəhd edirlər: “Bunu iyunun 20-də rusiyalı deputat Qavrilovun Gürcüstan parlamentindəki çıxışında sonra Tiflisdə baş verənlər göstərdi. Gürcüstandakı insanlar belə məsələlərə emosional reaksiya verirlər. Ölkənin iki əsas siyasi qüvvəsi – Gürcü Arzusunun lideri Bidzina İvanişvili və Vahid Milli Hərəkatın lideri Mixail Saakaşvili belə təxribatlardan öz məqsədləri üçün istifadə edirlər”.

Əlavə edək ki, iyulun 8-də “Rustavi 2” telekanalına yayımlanan proqramda aparıcı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putin və anasının əleyhinə təhqiramiz fikirlər səsləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər