10 İyul 2019 09:10
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron iyulun 15-də Serbiyaya rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Serbiyanın Dövlət İnformasiya Agentliyi (TANJUG) məlumat yayıb.

İki günlük səfər zamanı Emmanuel Makron serbiyalı həmkarı ilə iqtisadi və siyasi sahələrdə əməkdaşlıq, Serbiyanın Aİ-yə daxil olması məsələlərini, həmçinin Kosovodakı vəziyyəti müzakirə edəcək.

Səfər çərçivəsində təxminən 20 sazişin imzalanacağını nəzərdə tutulur.

Qeyd edək ki, Emmanuel Makron son 18 ildə Serbiyaya səfər edən ikinci Fransa Prezidenti olacaq. Ondan əvvəl Jak Şirak 2001-ci ildə Serbiyada səfərdə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər