11 İyul 2019 11:29
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mossad və İsrail Müdafiə Nazirliyinin kəşfiyyat xidməti son 3 ildə bir çoxu Türkiyədə olmaqla 50 terror aktının qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, İsrailin “Channel 12” telekanalının xəbərinə görə, İsrail tərəfindən verilən kəşfiyyat məlumatları nəticəsində Türkiyədə 12 terror aktının qarşısı alınıb.

Qeyd edilir ki, 2010-cu ildə Mavi Mərmərə olayından sonra iki ölkə arasında münasibətlər pozulub.

İddia edilir ki, Təl-Əviv və Ankara arasında diplomatik əlaqələrin kəsildiyi dövrdə də İsrail Türkiyəyə kəşfiyyat informasiyası ötürüb.


Müəllif: Cavad

Oxşar xəbərlər