Bir həftədir ki yoxa çıxan 59 yaşlı Amerika alimi Suzanna Eatonun cənazəsi Yunanıstandakı mağaralardan birində tapılıb.
Teleqraf.com xəbər verir ki, milliyyətçə alman olan Suzanna ABŞ-da Genetika İnstitutunda işləyib.
Yunanıstanın Krit adasına tətilə gedən alimin cəsədi II Dünya Müharibəsi zamanı sığınacaq kimi istifadə olunan mağarada tapılıb.
Polis alimin kim tərəfindən öldürüldüyünü müəyyən etməyə çalışdığını və hazırda araşdırmanın davam etdiyini açıqlayıb.