11 İyul 2019 15:32
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Gürcüstan arasındakı gərginliyə baxmayaraq, rus turistlər ölkəmizə gəlməyə davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Rus turistlər həmişə kimi Gürcüstana gəlirlər”, - deyə ölkə başçısı qeyd edib.

Əlavə edək ki, Rusiya iyulun 8-də Gürcüstana təyyarə reyslərini dayandırıb. Bu barədə qərar Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilib.

Bundan başqa, Rusiya vətəndaşlarına müraciət edən hökumət Tiflisdə Moskva əleyhinə keçirilən mitinqlərə etiraz olaraq, Gürcüstana getməməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər