10 Sentyabr 2014 16:57
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya daxili işlər naziri Angelino Alfano ölkəsinin və paytaxt Romanın “İraq-Şam İslam Dövləti” terror təşkilatının ilk hədəfləri arasında olduğunu söyləyib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir xristianlığın beşiyi olan İtaliyanın terror təşkilatının hədəfləri sırasında ikinci olmayacağını deyib.

Daxili işlər naziri Afrikadan Aralıq dənizini aşaraq İtaliyaya gələn miqrantlar arasında “İŞİD” terrorçularının olma ehtimalını da təkzib etməyib. O həmçinin qeyd edib ki, İtaliyadan “İŞİD”-ə qatılmaq üçün 48 nəfər gedib və bunlardan yalnız 2-si İtaliya vətəndaşı olub.

İtaliyanın xarici işlər naziri Federica Mogherini “İŞİD”-ə qarşı koalisiyanı dəstəklədiyini, lakin bu birliyə NATO üzvlərinin deyil, Ərəb və İslam ölkələrinin qatılmasının vacibliyini bildirib.

O əlavə edib ki, daxili qarışıqlıq yaşayan Liviyaya da NATO-nun müdaxiləsi vacibdir.

Samir


Müəllif: