Məşhur model Adriana Limanın türkiyəli sevgilisi Emir Uyarın ofisianta verdiyi bəxşiş müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Yunanıstanda tətildə olan cütlük lüks restoranların birində şam edib. Biznesmen Emir Uyar 2 min 180 avro gələn hesaba 820 avro bəxşiş əlavə edərək ümumilikdə 3 min avro ödəyib.
Onun bu jesti sosial mediada maraqla qarşılanıb.