1939-cu ildə İspaniyada vətəndaş müharibəsinin başa çatmasından sonra iqtidarı ələ keçirən faşist Fransisko Franko rejimi respublika tərəfdarı olan solçu ailələrinin uşaqlarını zorla faşist və hökumətə yaxın kəndlilərə vermişdi.
Teleqraf.com xəbər verir ki, 1950-ci ildə isə bu siyasətin davamı olaraq, bütün yoxsul ailələrdən uşaqlar zorla alınmağa başlanılmışdı.
Oğurlanmış uşaqlar barədə araşdırma aparan bir sıra QHT-lər həmin dönəmdə İspaniyada 300 mindən çox uşaq oğurlama faktının olduğunu açıqlayıb.
Məhkəməyə müraciət edən 50 yaşlı İnes Madriqal əmisi oğlunu DNT analizi ilə ABŞ-da tapdığını açıqlayıb, əmisi oğlu sayəsində öz bacılarını da tapıb.
O, eyni zamanda öz anasının 2013-cü ildə 73 yaşında vəfat etdiyini öyrəndiyini deyib.
Keçən il İspaniya məhkəməsi 86 yaşlı ginekoloqu 1969-cu ildə İnes Madriqalı oğurlayaraq, başqa bir qadına verdiyi üçün mühakimə etmişdi. Lakin Madriqal gec şikayət etdiyinə görə ginekoloq sərbəst buraxılmışdı.