12 İyul 2019 23:30
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

BBC-nin ərəb ölkələrində apardığı bir araşdırma şok nəticə ortaya çıxarıb. Burada təcavüz və cinsi zorakılığa məruz qalan kişilərin sayı qadınlardan çox olub. Məlumata görə, cinsi zorakılığa məruz qalan qadınlar buna səssiz qaldıqları üçün belə bir nəticə ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, BBC bu haqda Əlcəzair, Misir, İraq, İordaniya, Küveyt, Livan, Mərakeş, Tunis, Sudan, Yəmən və Fələstindən olan ümumilikdə 25 min insanın fikrini öyrənib.

Gizli sorğu ABŞ-ın Prinketon Universitetinin “Ərəb Baromteri” adlı bir araşdırma qrupu tərəfindən aparılıb.

Araşdırmanın nəticələrinə görə, Tunis və İraqda cinsi zorakılığa məruz qalan kişilərin sayı qadınlardan daha çoxdur. Tunisdə 1, İraqda isə 39 faiz kişinin zorakılığa məruz qaldığı bildirilib. İraq qadınlarının isə yalnız 33 faizi bundan şikayət edib.

Ümumilikdə isə ölkələr üzrə bu rəqəm qadınlar üçün 17, kişilər üçün 20 faiz olub.

“Ərəb Barometri” araşdırma qrupunun mütəxəssisi Ketrin Tomas qeyd edib ki, qadınların əksəriyyətinin zorakılığa məruz qaldığını etiraf etməməsi üçün belə bir nəticə ortaya çıxıb:

“Qadınlar etiraf etməkdən çəkinirlər, bu da nəticələrə təsir göstərir. İstismarın nə qədər geniş yayıldığını deməkdən çəkinirlər, utanırlar, bunu danışmaqdan narahat ola bilərlər. Bunu etiraf etsələr, onlar üçün ciddi problemlər yarana bilər”.

Beynəlxalq İnsan Haqlarını Müşahidə Şəbəkəsinin araşdırmaçısı Belkis Vill də eyni fikirdədir: “Qadınlar onları istismar edən kişiləri qorumağa məcbur olurlar. Əgər iş məhkəməyə çıxsa, kişilərin onlardan intiqam alacaqlarından qorxurlar”.


Müəllif: Yalçın Uğur

Oxşar xəbərlər