12 İyul 2019 23:45
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı milyarder İqor Tsukanovun Londonda yaşayan qızı 17 yaşlı Yekaterina evində ölü halda tapılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qızın meyitini atası aşkar edib.

Yekaterinanın valideynləri 1990-cı illərin əvvəllərində Britaniyaya köçüblər. Yekaterina musiqi ilə məşğul olub. Yekaterinanın babası isə Dağıstanın Kənd Təsərrüfatı naziri olub.

Yekaterina Tuskanovun artıq dərəcədə qəbul etdiyi narkotikdən öldüyü bildirilir.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: Teleqraf.com