Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin yeni detallarını gətirən təyyarə bu gün Türkiyənin Mürted avibazasına enib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “NTV” telekanalı xəbər yayıb.
Telekanal Rusiya təyyarəsinin aviabaza ərazisində yerə enməsini əks etdirən kadrlar yayımlayıb.
Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi dünən S-400-lərin ilk partiyasının ölkəyə gətirilməsinə başlanıldığını açıqlayıb. Daha sonra məlumat Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidməti tərəfindən təsdiqlənib.