Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskun İrəvana səfəri zamanı təşkil olunan mətbuat konfransında ona jurnalistlərin sual verməsi qadağan edilib.
Axar.az xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb.
“Hökumət heç bir izahat vermədən yalnız KİV-ə bəyanat yaymaqla kifayətləndi. Bununla əlaqədar olaraq sonradan mətbuat informasiyaya yayaraq, hökumətin belə davranışına əsas səbəb kimi onların əlində KİV-in insident yarada biləcək bir sıra suallar verəcəyi məlumatının olmasını göstərib. Özəlliklə bu suallar Ermənistandakı son hadisələr, siyasi təqiblər, mətbuat və söz azadlığı, Robert Köçəryanın həbsi, məhkəmələrin bloklanması ilə bağlı olduğu üçün hökumət bundan qaçmağa çalışıb”, - deyə qəzet bildirib.
Qəzet həmçinin Tuskun son səfəri zamanı Ermənistan üçün vacib olan ənənənin pozulduğunu qeyd edərək, Avropa İttifaqı Şurasının rəhbərinin “erməni soyqırım” abidəsini ziyarət etmədiyini qeyd edib.