14 İyul 2019 00:55
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın "Sağ sektor" radikal təşkilatının sabiq lideri, Ali Radanın deputatı Dmitriy Yaroş "112 Ukrayna" telekanalının binasının atəşə tutulmasını təqdir edib.

Teleqraf.com xəbər verir ki, Ukraynalı deputat bu barədə Facebook-da bildirib.

"Əgər müharibə vaxtı hakimiyyət arxa cəbhədə düşmənə qarşı mübarizə aparmırsa, bu işlə naməlum patriotlar məşğul olur".

Yaroş həmçinin jurnalistlərə işlədikləri KİV-lərdə işdən çıxmağı məsləhət görməklə onlardan qisas alına biləcəyinə işarə edib: "Artıq "Molotov kokteyli" və fişənglər olmayacaq. Düşmən KİV-lərdə çalışanlara işdən uzaqlaşmağı məsləhət görürəm".

Qeyd edək ki, “112 Ukrayna” televiziya kanalının Kiyevdə yerləşən binası dünən gecə qumbaraatandan atəşə tutulub. Telekanal hücum edən silahlı şəxslərin iki nəfər olduğunu, onların hadisə yerindən qaçdıqlarını bildirib. Hadisə zamanı kimsə yaralanmayıb, yalnız binanın fasadı zədələnib.


Müəllif: Nahid

Oxşar xəbərlər