14 İyul 2019 17:06
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin Brüsseldəki səfirliyinin attaşesi Dursun Aksoyun ASALA erməni terror təşkilatının silahlıları tərəfindən qətlə yetrilməsindən 36 il ötür.

Teleqraf.com xəbər verir ki, bununla əlaqədar bir sıra yerlərdə, o cümlədən Türkiyənin Brüsseldəki səfirliyi tərəfindən qanlı hadisənin törədildiyi yerdə anma mərasimləri təşkil olunub.

Qeyd edək ki, Dursun Aksoy xidməti müddətinin bitməsinə 15 gül qalmış, 1983-cü il iyulun 14-də Brüsselin “Franklin Roosevelt” prospektində, yaşadığı evin qarşısında erməni terrorçu tərəfindən amansızcasına qətlə yetirilib. Şəhid diplomatın qatili yaxalansa da saxta bəraətlə azadlığa buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər