Qazaxıstan torpaqları xaricilərə satılmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu bazar ertəsi respublikanın prezidenti Qasım-Jomart Tokayev bildirib.
“Moratoriumun müddətinin başa çatmasına az qalıb. Biz kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi məsələsində qəti qərar verməliyik. Ümid edirəm ki, parlament, siyasi partiyalar və cəmiyyət bu məsələdə öz sözünü deyəcək. Xaricilərə gəldikdə isə onlara torpaq satılmayacaq, bu hamıya tam aydın olmalıdır”, – deyə Tokayev hökumətin iclasında bildirib.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2021-ci ilə qədər kənd təsərrüfatına yararlı torpaqların xaricilərə satılmasına və icarəyə verilməsininə moratorium qoyulmasının nəzərdə tutan qanun imzalayıb.