15 İyul 2019 13:53
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına üzv dövlətlərin bu gün Brüsseldə keçiriləcək iclasında Türkiyənin Aralıq dənizinin şərqində təbii qaz axtarışları müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, Türkiyənin bölgədəki axtarışlarını “qeyri-qanuni” adlandıran Aİ Türkiyəyə sanksiya tətbiq etməyi planlaşdırır.

Ehtimal olunan sanksiyalar arasında hava sahəsi ilə əlaqədar əldə edilmiş anlaşmaların ləğv edilməsi, Aİ yardımlarının məhdudlaşdırılması və Avropa İnkişaf Bankının verdiyi kreditlərin dayandırılması kimi məsələlər var.

Aİ-nin bu sanksiyaları Türkiyənin ittifaq üzvü olan Cənubi Kipr (Yunan Kipri) sahilləri yaxınlığındakı təbii qaz axtarışlarını dayandırmaq məqsədi daşıyır.

Lakin Türkiyə axtarış apardığı bölgənin qitənin ümumi ərazilərinə daxil olduğunu bildirərək, Aralıq dənizinin şərqindəki axtarış aparmaq hüququnun olduğunu elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər