15 İyul 2019 16:03
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Demokratlar Partiyasının 3 Konqres üzvü haqda sözləri etiraza səbəb olub.

Teleqraf.com xəbər verir ki, Tramp 3 senator qadın haqda “geridə qalmış ölkələrdən gəlmisiniz” kimi təhqiramiz ifadələrə yer verib.

ABŞ prezidenti ad çəkməsə də, hədəfində Demokratlar Partiyasının qadın üzvlərinin olduğu bildirilib.

Onlar Aleksandriya Okasiyo Kortez, Rəşidə Tlaib və Ayanna Presli İlhan Ömərdir.

Tramp Konqresin əcnəbi ölkələrdən olan qadın üzvləri barədə belə deyib:

“Gəldikləri ölkələr fəlakətin içində olan qadın senatorların dünyanın ən güclü xalqının necə idarə olunacağı barədə fikir deməsi çox qəribədir.

Niyə gəldikləri yerə gedib tamamilə qırılmış yerləri bərpa etmək işi ilə məşğul olmurlar? Sonra geri qayıdın və bunun necə edildiyindən danışın. Həmin ölkələrin dəhşətli dərəcədə sizin yarımınıza ehtiyacı var. Ümid edirəm ki, Nensi Pelosi səyahət işini sürətlə görəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər